İran XİN rəhbəri Nyu-Yorkda "altılıq" ölkələrinin nümayəndələri ilə görüşəcək

İran XİN rəhbəri Nyu-Yorkda "altılıq" ölkələrinin nümayəndələri ilə görüşəcək
# 26 sentyabr 2013 01:56 (UTC +04:00)

Bakı-APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Nyu-Yorkda “altılıq” ölkələrinin nümayəndələri ilə görüş keçirəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, danışıqlarda Tehranın nüvə proqramı ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl İran prezidenti Həsən Ruhani Qərb dövlətlərinin liderlərini İranın nüvə probleminin həllinin mümkünlüyünə inandıra biləcək bır sıra bəyanatlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR