Turçinov ölkənin şərq regionunun nümayəndələri ilə danışıqlara hazır olduğunu bildirib

Turçinov ölkənin şərq regionunun nümayəndələri ilə danışıqlara hazır olduğunu bildirib
# 09 may 2014 23:51 (UTC +04:00)

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ali Rada tərəfindən təyin olunmuş Ukrayna prezidenti əvəzi Aleksandr Turçinov "Şuster Live" televiziya verilişində çıxış edərkən bildirib.

“Dialoqa hazırıq. Biz Donbası Yanukoviçin və digər rəhbərlərin dövründə də eşitmişik. İndi də danışıqlar masasına oturmağa hazırıq”, deyə Turçinov bildirib.

Onun sözlərinə görə, danışıqlar yerli özünüidarə nümayəndələri, siyasi və vətəndaş hərəkatlarını təmsil edənlərlə aparılmalıdır.

“Terrorçularla danışıqlara getmək olmaz. Qondarma Donetsk və Luqansk respublikalarının yaradılmasına cəhd edənlər bu regionları uçuruma sürükləyirlər”, Turçinov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR