Yarmarkalarda ət məhsullarına nəzarət üçün xüsusi reyd keçiriləcək

Yarmarkalarda ət məhsullarına nəzarət üçün xüsusi reyd keçiriləcək
# 13 mart 2014 08:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "Yarmarkalarda ət məhsullarına nəzarət üçün xüsusi reyd keçiriləcək".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.

DBX rəisi deyib ki, hər il bayramqabağı olduğu kimi, bu il də kənd təsərrüfatı naziri tərəfindən müvafiq əmr imzalanıb: "Artıq Dövlət Baytarlıq Xidməti artıq gücləndirilmiş iş rejiminə keçib. Xüsusən Bakı şəhərində təşkil olunan yarmarkalarda müvafiq göstərişlə səyyar sanitariya-ekspertiza laboratoriyaları xidmət göstərəcək".

Son iki ildə heyvanların quduzluğa yoluxması hallarının azalmasından danışan S.Rüstəmova bildirib ki, hansı rayonda quduzluq aşkarlanarsa, dərhal həmin rayonlara qurumun ekspedisiyaları ezam olunur: "Davamlı şəkildə vaksinasiya işləri aparılır. Hazırda vəziyyət stabildir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR