Azərbaycan Qadınlarının IV Qurultayı “İnkişaf naminə birlik” adı altında təşkil olunacaq

Azərbaycan Qadınlarının IV Qurultayı “İnkişaf naminə birlik” adı altında təşkil olunacaq
# 22 may 2013 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin iyun ayında keçiriləcək Azərbaycan Qadınlarının IV Qurultayı “İnkişaf naminə birlik” adı altında təşkil olunacaq.

APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib ki, qurultayda təhsil, səhiyyə problemləri ilə bağlı məruzələr dinləniləcək və çıxışların hamısı konkret olacaq.

Onun sözlərinə görə, qadın böyük bir dünya olduğu üçün onun ətrafında bir çox məsələlər birləşir: “Azərbaycanda qadın siyasəti o qədər güclənib ki, qadınlar bir çox istiqamətlərdə, məsələlərdə, problemlərin həllində birləşməlidir. Biz bir-birimizə dəstək olaraq qadın siyasətini gücləndirməliyik. Bu gün Azərbaycan əhalisinin 51 faizindən çoxunu qadınlar təşkil edir. Biz də elə bir şərait yaratmalıyıq ki, onlar tam sərbəst, normal imkanlardan istifadə edən bir cəmiyyətdə yaşasınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR