İran XİN rəhbəri: “Holokost hadisəsi faciədir və heç vaxt təkrarlanmaması vacibdir”

İran XİN rəhbəri: “Holokost hadisəsi faciədir və heç vaxt təkrarlanmaması vacibdir”
# 03 fevral 2014 11:00 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Holokost hadisəsi vəhşicə və çirkin şəkildə törədilmiş bir faciədir və heç vaxt təkrarlanmaması vacibdir”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazir Məhəmməd Cavad Zərif Almaniyanın “Phoenix” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın yəhudilərlə heç bir problemi yoxdur, ölkə daxilində və xaricində onlara hörmət göstərir. M.C.Zərif deyib ki, İsrail 60 ildən çoxdur dünya ictimaiyyətini aldadaraq Fələstinin qanuni haqqını tapdalayır.

İran xarici işlər naziri ölkəsinin nüvə məsələsinə də toxunub: “İran heç kimə daxili işlərinə qarışmağa icazə vermir. Biz etimad mühiti yaratmağın və narahatlıqları aradan qaldırmağın tərəfdarıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR