ARDNŞ büdcə tapşırıqlarını 100% yerinə yetirib

ARDNŞ büdcə tapşırıqlarını 100% yerinə yetirib
# 17 sentyabr 2013 11:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin ötən dövründə büdcə tapşırıqlarını 100% yerinə yetirib.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.

Onun sözlərinə görə, ARDNŞ-ın büdcə ödənişləri əvvəlki illərə nisbətən artıb: “Şirkətin ölkə büdcəsində tutduğu yer hər kəsə bəllidir. ARDNŞ birinciliyi saxlamağı qarşısında məqsəd qoyub. Şirkət dövlət büdcəsi qarşısında qoyulan tapşırıqları uğurla yerinə yetirir”.

S.Qasımov bildirib ki, eyni zamanda yanacaq-enerji balasında dövlətin şirkət qarşısında qoyduğu neft-qaz hasilatı istehsalı planları da uğurla yerinə yetirilir: “İlin sonuna qədər bu işlər plan üzrə davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR