Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu bərpa olunub

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu bərpa olunub
# 16 sentyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2013-cü ilin yanvar-iyun ayları ərzində 1,440 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 723,0 mln. dolları və ya 50,2%-ni ölkəyə daxilolmalar, 717,0 mln. manatı və ya 49,8%-ni isə ölkədən həyata keçirilən transfertlər təşkil edib.

Beləliklə, cari transfertlər əməliyyatlarında 6,0 mln. dollar həcmində müsbət saldo yaranıb, halbuki ardıcıl dörd rüb ərzində cari transfertlər üzrə mənfi saldo müşahidə olunub. O cümlədən, ötən ilin iki rübü üzrə mənfi saldo 120 mln. dollara bərabər olub.

Qeyd edək ki, ölkəyə transfertlərin həcmi 15,4%, ölkədən transfertlər isə 26,4% azalıb. Cari transfertlər üzrə ümumi daxilolmaların 95,8%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,7%-ni ölkəyə gətirilən humanitar mallar, 2,5%-ni isə digər daxilolmalar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR