Gəncə sakininin intihara cəhd etməsinin ilkin təfərrüatları açıqlanıb - VİDEO

Gəncə sakininin intihara cəhd etməsinin ilkin təfərrüatları açıqlanıb - <span style="color: red;">VİDEO
# 02 yanvar 2014 10:31 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 26 yaşlı Rüstəm Ayaz oğlu Hüseynov yaşadığı Üzeyir Hacıbəyov küçəsindəki 4 mərtəbəli binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar etmək istəyib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və Kəpəz rayon Polis İdarəsinə məlumat verilib. Dərhal nazirliyin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Rüstəm Hüseynovla psixoloji danışıqlar aparılsa da, o, öz tələbini itəli sürüb. Bildirib ki, Kəpəz rayon Polis İdarəsində çalışan Ceyhun adlı təhqiqatçı gəlməzsə, özünü binadan atacaq. O, saat 01.17-də 3-cü mərtəbənin eyvanından özünü yerdə quraşdırılmış xilasetmə yastığının yox, 1-ci mərtəbədə yerləşən mağazanın dam örtüyünün üzərinə atıb və xəsarət alıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xəsarət almış R.Hüseynovu oradan endirərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparıblar. Həkimlər Rüstəm Hüseynovun vəziyyətinin orta ağır olduğunu bildirilər.

Rüstəm Hüseynovun atası Ayaz Hüseynov APA-ya bildirib ki, Kəpəz rayon Polis İdarəsində işləyən Ceyhun adlı təhqiqatçı Rüstəmə zəng edərək telefonda söyüb. Rüstəm bu söyüşləri qəbul etməyərək tədqiqatçı ilə görüşmək istəyib. İstəyi baş tutmadığı üçün özünü eyvandan atıb.

Məlumata görə, iki uşaq atası olan Rüstəm Hüseynov iki dəfə məhkumluq həyatı yaşayıb.

Kəpəz rayon Polis İdarəsində təhqiqatçı vəzifəsində çalışan Ceyhun Musayev isə APA-ya açıqlamasında iddiaları təkzib edib və Rüstəm Hüseynovu tanımadığını deyib.

Kəpəz rayon Polis İdarəsindən faktla bağlı araşdırma aparıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR