Bakı şəhər Baş Səhiyyə İdarəsi: Zaur Həsənovun vəziyyəti stabildir, böyrək funksiyası bərpa olunub

Bakı şəhər Baş Səhiyyə İdarəsi: Zaur Həsənovun vəziyyəti stabildir, böyrək funksiyası bərpa olunub
# 27 dekabr 2013 12:46 (UTC +04:00)

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında bildirib ki, artıq xəstənin sidik ifrazı, böyrəklərinin funksiyası bərpa olunub. Onun sözlərinə görə, xəstənin həyati göstərişləri tədricən yaxşıya doğru inkişaf gedir və hazırda vəziyyəti stabildir: “Lazımi tədbirlər görülür. Mərkəzə daxil olandan bir müddət sonra həyati göstərişləri - sidiyin ifrazı, ürək-qan damar sisteminin vəziyyəti, təzyiqi stabil vəziyyətə gətirilib”.

Zaur Həsənovun xaricə müalicəyə göndərilməsi barədə səslənən fikirlərə gəlincə, R.Nağıyev əlavə edib ki, bu, sonrakı mərhələdə məlum olacaq: “Ölkə səhiyyəsində bütün imkanlar olandan sonra niyə xaricə xəstə göndərməliyik? Bütün avadanlıqlar, mütəxəssislərlə ona lazımi yardım göstərirlər. Xüsusi hal olanda mütəxəssislər gətirə və ya xaricə göndərilə bilər. Amma hazırda ona zərurət yoxdur. Xəstənin vəziyyəti stabildir və hazırda bütün lazımi yardımlar göstərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR