Son iki gündə Səudiyyə Ərəbistanında 16 min miqrant həbs edilib

Son iki gündə Səudiyyə Ərəbistanında 16 min miqrant həbs edilib
# 07 noyabr 2013 13:24 (UTC +04:00)

APA-nın “ə-Şərq əl-Ausət” qəzetinə istinadən verdiyi məlumata görə, 8 minə yaxın əmək miqrantı Yəmənlə sərhəd rayonlarda həbs edilib.

Məkkədə isə Həcc ziyarətindən sonra qanunsuz olaraq ölkədə qalıb işləməyə qərar verən 5 min nəfər saxlanılıb. Paytaxt ər-Riyadda 100 nəfər həbs edilib.

Səudiyyə Ərəbistanı hakimiyyəti ölkə vətəndaşları üçün daha çox iş yerləri yaratmaq üçün xarici əmək miqrantlarına qarşı kampaniyaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR