Şəhid Zaur Həsənlinin anası: “Gedəndə dedi ki, ana, bəlkə şəhid oldum”

Şəhid Zaur Həsənlinin anası: “Gedəndə dedi ki, ana, bəlkə şəhid oldum”
# 03 iyun 2014 14:06 (UTC +04:00)

Bakı. Jalə Məmmədli - APA. Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin dünən şəhid olan əsgəri Zaur Həsənli ailənin verdiyi yeddinci şəhiddir. Qarabağ müharibəsi başlayandan bəri mərhum əsgərin əmisi, dayısı və daha bir neçə yaxın qohumu şəhid olub.

Şəhidin anası Xurma Bayramova APA-ya deyib ki, 9 ay öncə Naxçıvanda xidmətə başlayan Zaur 10 gün sonra böyük qardaşı Raminin toyuna gələcəkmiş. Mərhum ölümündən bir neçə saat əvvəl ailəsi ilə danışaraq, toyda iştirak edəcəyini deyib: “Gedəndə dedi ki, ana, bəlkə şəhid oldum”...

Üç qardaşın kiçiyi olan Zaur əsgərliyə getməzdən əvvəl yaxınlarına da şəhid olacağını deyib.

Şəhidin qardaşı Ramin Həsənov qardaşının şəhid olması ilə fəxr etdiyini deyib: “On gün sonra toyum olacaqdı, Zaur toyuma gələcəkdi. Həmişə deyirdik ki, postda xidmət edə bilməzsən, aşağı düşürək səni. Deyirdi yox, mən düşsəm deyərlər ki, yəqin Zaur qorxdu”.

Qeyd edək ki, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin dünən şəhid olan əsgəri, 19 yaşlı Zaur Həsənli bu gün Xırdalan şəhərinin qəbiristanlığında torpağa tapşırılıb.

Dünən ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Zaur Həsənli düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub.

Z. Həsənli Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsi Tərtər rayonunda məskunlaşıb.

Allah rəhmət eləsin!

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR