Riqada ticarət mərkəzinin uçmasının səbəbləri açıqlanıb

Riqada ticarət mərkəzinin uçmasının səbəbləri açıqlanıb
# 29 noyabr 2013 15:50 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Latviya paytaxtı Riqada yerləşən “Maksima” ticarət mərkəzinin damının və divarlarından birinin uçmasının səbəbləri açıqlanıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Riqa tikinti idarənin rəhbəri İnqus Virtsavs bildirib ki, faciə texnoloji normalarına riayət olunmaması və layihələndirmə zamanı yol verilən səhvlər olub.

Onun sözlərinə görə, idarə hadisəni təhlil edərək bu qənaətə gəlib: “Hadisədə insan faktorunu da qeyd etmək lazımdır”.

Xatırladaq ki, noyabrın 21-də axşam Riqadakı “Maxima” ticarət mərkəzinin damı və divarlarından biri uçub. Hadisə yerinə gələn xilasedicilər işə başladıqdan sonra daha bir divar dağılıb. Dağıntıların sahəsi 500 kvadratmetr təşkil edib. Ticarət mərkəzinin uçması nəticəsində 50-dən çox insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR