Şeyxülislam Allahşükür Paşazadə Belçikada “Krans Montana” Forumunda iştirak edib - FOTO

Şeyxülislam Allahşükür Paşazadə Belçikada “Krans Montana” Forumunda iştirak edib  - <span style="color: red;">FOTO
# 19 oktyabr 2013 13:18 (UTC +04:00)

Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Belçikada “Krans Montana” Forumunun işində iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, forumun Belçikanın paytaxtı Brüssel şəhərində 16-19 oktyabr tarixində keçirilmiş XV Beynəlxalq sessiyasının işində iştirak edən Şeyxülislam “Dinlərin sülh və strukturlaşdırmada rolunun inkişafı” mövzusunda UNESCO və İSESKO-nun birgə həmsədrlik etdiyi sessiyasının işində “xüsusi qonaq” qismində rəyasət heyətində yer alıb.

Sessiyanı açan İSESKO-nun Baş direktoru Əbdüləziz ət-Tuveyjri ilk sözü Şeyxülislam Allahşükür Paşazadəyə verib. A. Paşazadə qeyd edib ki, hansı millətə və dinə mənsubiyyətindən asılı olmayaraq hamı bəşər övladıdır, sülhə və rifaha nail olmaq ən ümdə vəzifələrdəndir. O, xüsusi olaraq, dini liderlərin bu sahədə öz məsuliyyətlərini dərk etmələrinin zəruriliyini vurğulayıb və iştirakçıların diqqətinə dini liderlərin ali hörməti və dövlət xadimləri ilə birgə əməkdaşlığını sayəsində həm öz ölkələrində, həm də bütün dünyanın problemlərinə çarə tapılmasının mümkünlüyünü çatdırıb.

Azərbaycanın bu gün bütün dünya üçün uğurlu tolerantlıq nümunəsi olduğunu dilə gətirən Şeyxülislam ölkədə olan dini qurumlar arasında xoş əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib.

Dağlıq Qarabağ münaqişəsindən danışan A. Paşazadə bu münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş bütün səyləri bir din xadimi kimi dəstəklədiyini söyləyib.

Növbəti gün “Krans Montana” Forumunun medalının Şeyxülislam Allahşükür Paşazadəyə təqdimat mərasimi olub. Medalı təqdim edən şahzadə Jan de Lüksemburq Şeyx həzrətlərinin sülhyaratma sahəsindəki xidmətlərini xüsusi qeyd edib.

Medala görə təşəkkürünü ifadə edən A. Paşazadə bunun bütün Qafqazın möminlərinin xidmətlərinə verilən qiymət kimi dəyərləndirib.

Forumun rəhbəri səfir Jan Pol Kalteron ilə təkbətək görüşdə QMİ sədri gələcəkdə Forumda mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Qeyd olunub ki, Şeyxülislam Allahşükür Paşazadə Forumun XV sessiyasına “xüsusi qonaq” qismində iştirak edən yeganə dini lider olub.

“Krans Montana” Forumunun qızıl medalı ilə fəaliyyətləri ilə dünyada böyük nüfuz qazanmış və xüsusi xidmətlərə malik şəxslər təltif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR