AMEA Milli Təbiət Tarixi Muzeyinə yeni direktor təyin edilib

AMEA Milli Təbiət Tarixi Muzeyinə yeni direktor təyin edilib
# 13 mart 2014 15:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsinə biologiya üzrə fəlsəfə doktoru Tariyel Mahmud oğlu Eybatov təsdiq edilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı qərar Rəyasət Heyətinin iclasında qəbul olunub.

Digər qərarla Obrik Abdulla oğlu Zeyniyev muzeyin direktor müavini vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR