Təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
# 12 noyabr 2013 13:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov 15 noyabr tarixində saat 10:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbulda Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Ağdam və Füzuli rayonlarında yaşayan vətəndaşları iştirak edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR