Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlardan prioritet investisiya layihələrinin qəbuluna başlanıb

Sumqayıtda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlardan prioritet investisiya layihələrinin qəbuluna başlanıb
# 13 mart 2014 08:33 (UTC +04:00)

Bakı - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan kağız tullantılarının toplanması və ilkin emalı müəssisəsinin yaradılması, plasitk qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması və üzlük daş (tamet) istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR