“PAŞA Həyat Sığorta” tələbələr üçün müsabiqə elan edib

“PAŞA Həyat Sığorta” tələbələr üçün müsabiqə elan edib
# 19 may 2014 13:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti tələbələr arasında “Azərbaycan cəmiyyətinin həyat sığortasına olan marağı: milli həyat sığortası bazarının xarici bazarlarla müqayisəsi” mövzusunda yazı müsabiqəsi elan edir.

Şirkətdən “APA–Economics”ə verilən məlumatına görə, müsabiqə Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının tələbələrinə şamil olunur.


Şərtlərə görə, yazı müsabiqəsinə bu ilin may ayının 20-dən start veriləcək və iyun ayının 20-i məqalələrin son qəbulu günü olacaq. Müsabiqədə iştirak etmək istəyən tələbələr hazırladıqları yazıları [email protected] elektron ünvanına göndərə bilərlər.

Təqdim olunan yazılar üçün minimum və maksimum hədd nəzərdə tutulmayıb.


Müsabiqədə birinci yerin qalibinə 300 manat, ikinci yerə 200 manat, üçüncü yer üçün isə 100 manat məbləğində pul mükafatı və “PAŞA Həyat Şığorta”nın hədiyyələri təqdim ediləcək.

Bundan başqa, müsabiqədə birinci yerə layiq görülmüş məqalə müəllifin imzası ilə KİV-də dərc ediləcək. Müsabiqədə yer tutmuş qaliblər üçün xüsusi təqdimetmə mərasimi təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR