Azərbaycanda nəqliyyat sahəsində orta əmək haqqı 7% artıb

Azərbaycanda nəqliyyat sahəsində orta əmək haqqı 7% artıb
# 06 noyabr 2013 14:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın nəqliyyat müəssisələrində işləyən 72,5 min muzdlu işçinin 72,2%-i dövlət müəssisələrində, 27,8%-i özəl bölmədə çalışır. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, işçilərin 52,8%-i yerüstü və boru kəməri, 13,5%-i su, 15,1%-i hava nəqliyyatı, 18,6%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyir.


Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 7,1% artaraq 530,0 manat olub, bu göstərici hava nəqliyyatında 819,7 manat, dəniz nəqliyyatında 728,5 manat, metro nəqliyyatında 529,8 manat, avtomobil nəqliyyatında 496,8 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib. Əmək haqqı dəmir yolu nəqliyyatında 9,0%, metro nəqliyyatında 7,0%, dəniz nəqliyyatında 5,6%, avtomobil nəqliyyatında isə 4,9% artıb.


İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, orta aylıq əmək haqqı isə 8,0% artaraq 668,8 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR