Viktor Yanukoviç: “Mitinqin dağıdılmasına görə 3 nəfər cavabdehdir, onlar məsuliyyət daşımalıdır”

Viktor Yanukoviç: “Mitinqin dağıdılmasına görə 3 nəfər cavabdehdir, onlar məsuliyyət daşımalıdır”
# 13 dekabr 2013 14:06 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu Kiyevdə müxalifət liderlərinin, sabiq prezidentlərin və ictimai-dini xadimlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışında Ukrayna prezidenti Viktor Yanukoviç deyib. O, dəyirmi masadan əvvəl baş prokuroru dəvət edərək istintaqın gedişi ilə maraqlandığını söyləyib: “Yeni informasiya var, hələlik onu açıqlamaq olmaz. Lakin yaxın vaxtlarda məsələ aydınlaşdıqdan və hər şeyi necə baş verdiyi ortaya çıxdıqdan sonra istintaq sirr olmayacaqsa, bu, açıqlanacaq. Yalnız onu demək istəyirəm ki, həmin gecə meydanın yaxınlığında olan üç nəfər insan bilavasitə o qərarın qəbuluna cavabdehdir. Mən hesab edirəm ki, həmin insanlar baş verənlərə görə məsuliyyət daşımalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR