Qurban Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib - FOTO

Qurban Məmmədovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib - <span style="color: red;">FOTO
# 12 avqust 2013 08:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun ev dustaqlığına buraxılması barədə verilən vəsatət baxılıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 1-də isə məhkəmə həbs-qətimkan tədbirini 1 ay da uzadıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR