İran həbsxanasında azərbaycanlı siyasi məhbus 36 gündür aclıq aksiyası keçirir

İran həbsxanasında azərbaycanlı siyasi məhbus 36 gündür aclıq aksiyası keçirir
# 23 iyun 2014 13:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri 36 gündür Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyası keçirir.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, bu səbəbdən doktor Lətif (Araz) Həsəninin kəskin şəkildə pisləşib. Əzəm Piri Vəlikəndi həyat yoldaşı ürək xəstəsi olduğundan, səhhətində yaranmış problemlərdən əziyyət çəkdiyini və xeyli çəki itirdiyini bildirib.

A.Həsəni bu il iyunun 11-də qan təzyiqi və çəkisinin azalması səbəbindən zindanın klinikasına qaldırılıb. O, mayın 18-də Təbrizin mərkəzi həbsxanasında onunla birgə saxlanan, 37 gündür digər azərbaycanlı fəal Ayət (Yürüş) Mehrəlibəyliyə dəstək vermək, eləcə də siyasi məhbusların hüquqlarının kobud şəkildə pozulmasına etiraz bildirmək üçün aclıq aksiyasına başlayıb. A.Həsəninin bir tələbi də Təbriz zindanında saxlanan məhbusların ailələrinin yaşadığı şəhərlərin həbsxanasına köçürülməsidir.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Həsənini 2013-cü il fevralın 6-da Kərəc şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. L.Həsəni hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR