TFF “Fənərbaxça”ya texniki qələbə verib

TFF “Fənərbaxça”ya texniki qələbə verib
# 08 aprel 2014 12:36 (UTC +04:00)

Bakı – APA. Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Superliqanın XXIV turunda yarımçıq qalan “Trabzonspor” – “Fənərbaxça” oyunu ilə bağlı məsələ müzakirə olunub.

Martın 10-da “Avni Aker” stadionunda keçirilən və İstanbul təmsilçisinin 1:0 hesabı ilə öndə olduğu qarşılaşma 45+9-cu dəqiqədə dayandırılmışdı. Matçın hakimləri oyunun davam etdirilməsinin mümkünsüzlüyündən qarşılaşmanı davam etdirməməyə qərar vermişdi.

Həmin vaxt arenada yaşananları nəzərə alan komitə meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verib. Bu qəraradək hesabında 1 oyun az olmasına baxmayaraq, liderlik edən “Fənərbaxça” aldığı qələbə ilə izləyicilərindən daha da uzaqlaşıb.

Superliqanın sonuna 6 tur qalmış liderin hesabında 63, “Qalatasaray”ın isə 53 xalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR