Bakıda biomüxtəlifliyin qorunmasına dair seminar keçirilir

Bakıda biomüxtəlifliyin qorunmasına dair seminar keçirilir
# 23 may 2013 09:00 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bakıda biomüxtəlifliyin qorunması məsələlərinə həsr olunan seminar keçirilir. APA-nın xəbərinə görə, seminar ATƏT-in Bakı ofisi tərəfindən Almaniyanın GİZ qeyri-hökumət təşkilatı və “EkoSfera” ekoloji mərkəzi ilə əməkdaşlıq şəraitində təşkil olunub.

Tədbirdə beynəlxalq ekspertlərin iştirakı ilə nəzəri sessiya və praktik səfərdən ibarət olacaq. İştirakçılar ölkədə biomüxtəlifliyin əsas prinsiplərini müzakirə edəcək, ekosistemin qorunması yolları, bitki və heyvanların monitorinqi və insanların ekosistemə təsirini öyrənəcək.

Seminar-təlimdə Azərbaycanın bir sıra ali məktəblərinin müəllimləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR