Bakı. Fuad Cəfərov - APA. Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə həbs edilib. Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. N. Kərimli qeyd edib ki, İlkin Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 (xuliqanlıq) maddələri ilə ittiham sürülüb. İ. Rüstəmzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.