Kiyevdə baş verən toqquşmalarda ölənlərin sayı 28-ə çatıb - VİDEO

Kiyevdə baş verən toqquşmalarda ölənlərin sayı 28-ə çatıb - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 07:10 (UTC +04:00)

Bakı – APA. Ukrayna Səhiyyə Nazirliyi paytaxt Kiyevdə baş verən toqquşmalar zamanı ölənlər və yaralananlar haqqında yeni rəqəmlər açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, qarşıdurmanın yeni dalğasının başladığı fevralın 18-dən fevralın 20-si səhər saat 06-ya olan məlumata əsasən 28 nəfər ölüb, yaralanan 445 nəfər tibb məntəqələrinə müraciət edib.

Xəstəxanalarda hazırda 287 nəfər müalicə olunur, onlarda 88-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəstəxanalarda müalicə alanlar arasında 6 jurnalist, yetkinlik yaşına çatmayan 4 nəfər, 2 əcnəbi və 1 müxalifətçi deputat (Vasili Pazinyak) da var.

Ümumilikdə toqquşmalarda təxminən 800 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR