Baş Prokurorluq işə qəbul üzrə müsabiqənin növbəti mərhələsini keçirir

Baş Prokurorluq işə qəbul üzrə müsabiqənin növbəti mərhələsini keçirir
# 26 may 2014 15:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş Prokurorluq işə qəbul üzrə müsabiqənin növbəti mərhələsini keçirir. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Prokurorluq tərəfindən elan edilən müsabiqənin növbəti - yazılı imtahan mərhələsi 5 iyun 2014-cü il tarixdə saat 10:00-dan başlayaraq 4 saat ərzində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda keçiriləcək.

Namizədlər yalnız “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər.

İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR