İranda baş vermiş zəlzələ nəticəsində 8 nəfər ölüb, yaralanların sayı 65 nəfərə çatıb - VİDEO

İranda baş vermiş zəlzələ nəticəsində 8 nəfər ölüb, yaralanların sayı 65 nəfərə çatıb   - <span style="color: red;">VİDEO
# 28 noyabr 2013 23:28 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, ölən, yaralanan və xəsarət alanlar arasında qadın və uşaqlar da var. Ümumilikdə yüngül xəsarətlər almış 140 nəfərdən çox adama ambulator yardım göstərilib. Hazırda iki nəfər yaralının vəziyyətinin ağır olduğu bildirilir. Təbii fəlakət əsasən Borozcan, Dəştestan, Abpəxş və Səədabad şəhərlərinə ciddi ziyan vurub. Belə ki, bəzi evlərin divarları uçub, bəzilərinin divarlarında çatlar əmələ gəlib. Ümumillikdə 255 mənzil zədələnib, kommunikasiya xətləri və digər infrastrukturlara ciddi ziyan dəyib. Yerli camaat küçə və meydanlarda gecələmək məcburiyyətində qalıblar. Çünki indiyədək 11 aftaşok qeyd alınıb və onlardan də ən böyüyü 3.8 bal gücündə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR