Azərbaycan biznesmenləri Hindistanda keçiriləcək beynəlxalq səhiyyə sərgisinə dəvət olunub

Azərbaycan biznesmenləri Hindistanda keçiriləcək beynəlxalq səhiyyə sərgisinə dəvət olunub
# 04 fevral 2014 14:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yazında Hindistanda «IPHEX» beynəlxalq əczaçılıq və səhiyyə sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgi aprelin 24-26-da Mumbayi şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən iş adamları Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR