Azərbaycanın müdafiə naziri ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb - FOTO

Azərbaycanın müdafiə naziri ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 09:13 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq Zakir Həsənovu müdafiə naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Amerika-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə səmərəli davam etdiyini bildirən Zakir Həsənov ikitərəfli hərbi əməkdaşlıq istiqamətində uğurların olduğunu və bundan sonrakı fəaliyyətlərin inkişaf perspektivlərini də qeyd edib.

Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq regionda sülhün bərqərar olması üçün ABŞ-ın apardığı səylərə və əlaqələrin genişlənməsi təşəbbüslərinə də toxunub.


Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR