Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törətməyə başlayıblar - APA TV

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törətməyə başlayıblar - <span style="color: red;">APA TV
# 10 may 2013 22:29 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində, silahlı qüvvələr arasındakı neytral ərazidə güclü yanğınlar müşahidə olunmağa başlayıb APA-nın Qarabağ bürosunun xəbərinə görə, cəbhənin Ağdam istiqamətində ermənilər nəzarət altında saxladıqları Baş Qərvənd kəndinin ərazilərində yanğınlar törədiblər. Yeli sakinlərin APA-ya verdiyi xəbərə görə, alovun müşahidə olunduğu istiqamətdə bir-birinin ardınca partlayış səsləri eşidilib. Ehtimala görə, partlayışlar vaxtilə hər iki tərəfin basdırdığı minaların istinin təsirindən partlaması ilə meydana gəlir.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, törədilmiş yanğının miqyası gecə saatlarına doğru genişlənməkdədir.

Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında iri yanğınlar törədir. Bu isə ərazinin təbii resurslarının, fauna və florasının məhvinə səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR