Azərbaycanda elektron xidmətlərin inkişafına dair yeni dövlət proqramı hökumətə təqdim olunub

Azərbaycanda elektron xidmətlərin inkişafına dair yeni dövlət proqramı hökumətə təqdim olunub
# 15 may 2013 11:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni dövlət proqramını Nazirlər Kabinetinə təqdim edib.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, artıq «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «elektron hökumət»in inkişafına dair Dövlət Proqramı»nın layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

Yeni proqramda dövlət elektron xidmətlərinin mobil versiyalarının hazırlanması və təqdim edilməsi, dövlət orqanları tərəfindən daha çox interaktiv xidmətlərin göstərilməsi, «ASAN xidmət» mərkəzlərinin vətəndaşları ən çox maraqlandıran xidmətlər siyahısını təqdim etməsi və bu siyahıya uyğun olaraq interaktiv xidmətlərin hazırlanması məsələləri öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR