Milli Məclisdən APA-ya verilən məlumata görə, R. Krivokapiçi Heydər Əliyev Hava Limanında MM sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə məqsəd ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak etməkdir. Səfər zamanı R. Krivokapiç Azərbaycanda bir sıra rəsmi görüşlər də keçirəcək.