BDU-nun Elmi Şurasının iclası keçirilib

BDU-nun Elmi Şurasının iclası keçirilib
# 21 sentyabr 2013 13:02 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) Quba rayonunda yerləşən tədris təcrübə mərkəzində Elmi Şuranın iclası keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, toplantıda 200-ə yaxın elm adamı iştirak edib. Tədbirdə ali təhsildə aparılan islahatlarda tədris təcrübə bazalarının rolu, Quba tədris təcrübə və istirahət mərkəzinin strukturunun təsdiqi, fəaliyyəti və gələcək istiqamətləri haqqında müzakirələr aparılıb.

İclasda həmçinin ötən tədris ilinin yekunları müzakirə olunub, pedaqoji fəaliyyətdə fərqlənən şəxslərə elmi adlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR