Yevlaxda batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub

Yevlaxda batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub
# 25 iyun 2014 01:58 (UTC +04:00)

Bakı-APA. Yevlaxda ötən gün axşam saatlarında 1 nəfər batmaq təhlükəsi ilə üzləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 4 km aralıda) 1 nəfər batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in “Yevlax” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR