Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatı sədrinin müavini seçilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatı sədrinin müavini seçilib
# 24 may 2014 16:42 (UTC +04:00)

Bakı – APA-Economics. Vaşinqtonda Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Tərəflər Assambleyasının XXXVI iclası keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, toplantıda təşkilatın sədr müavinlərinin müəyyən edilməsi məsələsinə baxılıb.

Səsvermə nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) texniki işlər üzrə direktor müavini Məzahim Quliyev yenidən təşkilatın Şərqi Avropa və Şimali Asiya regionu üzrə sədr müavini seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR