Ankara Universitetinin rektoru ATU-da olub - FOTO

Ankara Universitetinin rektoru ATU-da olub - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 14:17 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin nüfuzlu Ankara Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib. ATU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə universitetin rektoru Əhliman Əmiraslanov, Ankara Universitetinin rektoru Erkan İbiş iştirak ediblər.

Görüş zamanı rektor Əhliman Əmiraslanov ATU-nun Ankara Universiteti ilə sıx əməkdaşlığın mövcud olduğunu xatırladıb. Onun sözlərinə görə, yaxın illərə qədər iki universitet arasında tələbə mübadiləsi proqramı icra olunub. Ə. Əmiraslanov əlaqələrin daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd edərək iki ali təhsil ocağı arasında müqavilənin yenilənməsi təklifini irəli sürüb.

Öz növbəsində Ankara Universitetinin rektoru professor dr. Erkan İbiş də münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib. O, Ankara Universitetində güclü tibb fakültəsinin olduğunu, yaxın vaxtlarda başda Azərbaycan olmaqla bəzi ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin gücləndiriləcəyini bildirib. Rektor Erkan İbiş də ATU və Ankara Universiteti arasında sazişin yenilənməsi təklifini dəstəkləyib.

Daha sonra Türkiyədən gələn nümayəndə heyətinin üzvləri ilk dəfə olduqları Bakı haqqında, həmçinin ATU-da tələbələr üçün yaradılan şərait, təhsil səviyyəsi haqqında fikirlərini səsləndiriblər. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR