Azərbaycan və Ermənistan xarici işlər nazirləri MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində görüşəcəklər - <span style="color: red;">VİDEO
# 29 mart 2014 08:13 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantıya qatılmaq üçün Moskvaya səfər edəcək.

Qeyd edək ki, martın 28-də ATƏT-in Minsk qrupu həmsədrləri Elmar Məmmədyarovla Edvard Nalbanyanın aprelin əvvəlində Rusiya paytaxtında görüşəcəyini bəyan ediblər. Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq olacaq.

MDB XİN başçılarının 4 aprel toplantısında 20-dək sənədin nəzərdən keçiriləcəyi gözlənilir. Onların arasında birlik dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığını nəzərdə tutan sənədlər, o cümlədən MDB çərçivəsində 2013-cü ildə XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələr planının icrası, habelə bu il üçün nəzərdə tutulan müvafiq plan, yetkinlik yaşına çatmayanların daimi yaşadıqları ölkələrə qaytarılması və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR