Hacıqabul sakinindən odlu silah götürülüb

Hacıqabul sakinindən odlu silah götürülüb
# 21 sentyabr 2013 10:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Hacıqabul sakinindən odlu silah götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Mirkamil Həşimovdan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd tapança patronu və 1 ədəd patron darağı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR