İranın Gülüstan Milli Parkında güclü yanğın baş verib - FOTO

İranın Gülüstan Milli Parkında güclü yanğın baş verib - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 11:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Gülüstan Milli Parkında güclü yanğın baş verib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə yerli vaxtla gecə saat 23:00-da baş verib. Yanğını yalnız səhər saat 05:00-də söndürmək mümkün olub.

Nəticədə yüzlərlə hektar meşə yanaraq külə dönüb. Hazırda yanğınsöndürənlər və xilasedici dəstələr ərazini tamamilə nəzarət altına alıblar. Onlar üç gün boyunca parkda hansısa yanğın hadisəsinin baş verməməsi üçün ərazidə qalacaqlar.

Dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR