Əli Əhmədov Seyşel Adaları Respublikasının keçmiş prezidenti ilə görüşüb - FOTO

Əli Əhmədov Seyşel Adaları Respublikasının keçmiş prezidenti ilə görüşüb - <span style="color: red;">FOTO
# 14 mart 2014 07:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov Bakıda səfərdə olan Seyşel Adaları Respublikasının keçmiş prezidenti Sir Riçard Mançam ilə görüşüb. APA-nın xəbərinə görə, Ə. Əhmədov bildirib ki, R. Mançamın Azərbaycana münasibəti ölkə üçün çox qiymətlidir. O qeyd edib ki, bu səfər qonağa Azərbaycanı daha yaxından tanımaq imkanı verəcək.

Ə. Əhmədov eyni zamanda ötən il Azərbaycanda prezident seçkilərində iştirak etdiyinə və dəstək göstərdiyinə görə qonağa təşəkkürünü bildirib: “Biz sizi Azərbaycanın, Azərbaycan xalqının dostu hesab edirik”.

Qonaq Azərbaycana səfər etməkdən şad olduğunu söyləyərək bildirib ki, sovet imperiyası dövründə Azərbaycan barədə məlumat əldə etmək mümkünsüz idi: “Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəyə gələndə təəccübləndim və bu ölkə ilə tanışlıqdan məmnun oldum”.

Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR