“Miss Venesuela-2004”ün qalibi qətlə yetirilib - FOTO - VİDEO

“Miss Venesuela-2004”ün qalibi qətlə yetirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 yanvar 2014 19:31 (UTC +04:00)

Bakı-APA. Tanınmış kinoaktrisa, “Miss Venesuela-2004” gözəllik müsabiqəsinin qalibi Monika Spir həyat yoldaşı, irlandiyalı Tomas Berri ilə birlikdə qətlə yetirilib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, cütlük quldur hücumunun qurbanı olub. Hücum nəticəsində Monika Spirin 5 yaşlı qızı ayağından güllə yarası alıb.

Yerli mətbuatın məlumatına görə, faciə ölkənin qərbindəki magistral yolların birində baş verib. İçərisində güllələnmiş cütlük və yaralı uşağın olduğu avtomobil yolun kənarında polis əməkdaşları tərəfindən aşkarlanıb. Uşaq xəstəxanaya yerləşdirilib. Onun həyatına heç bir təhlükə yoxdur.

“Miss Venesuela-2004” gözəllik müsabiqəsinin qalibi Monika Spir son illər ABŞ-da yaşayıb. O ispandilli “Telemundo” telekanalında çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR