«Rosneft» şirkəti Azərbaycanda beynəlxalq qaz layihəsində pay almaq istəyir

«Rosneft» şirkəti Azərbaycanda beynəlxalq qaz layihəsində pay almaq istəyir
# 26 iyul 2013 11:23 (UTC +04:00)

Məlumata əsasən, «Rosneft»in İdarə Heyətinin sədri İqor Seçinin iyul ayında Azərbaycana səfəri zamanı bu məsələ prezident İlham Əliyev və layihənin əsas səhmdarı olan Fransanın «Total» şirkətinin rəhbərliyi ilə aparılan danışıqlar zamanı müzakirə edilib.

Layihədə iştirak etməklə «Rosneft» Rusiyadan Avropaya qaz ixracında inhisarçı olan «Qazprom» şirkətinin əsas rəqibinə çevrilmək istəyir və bu sahədəki mövqelərini daha da möhkəmləndirmək niyyətindədir.

Qeyd edək ki, «Abşeron» qaz yatağının ehtiyatları təxminən 350 mlrd. kubmetr (həmçinin, 45 mln. ton kondensat) həcmində qiymətləndirilir. Gələn ilin sonuna kimi yatanğın işlənməsi proqramı hazırlanacaq, yataqdan ilk qazın isə 2020-ci ildə hasil olunacağı gözlənilir. Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (40%), Fransanın «Total» (40%) və «Gaz De France Suez» şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR