Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 Yanvar şəhidləri yad edilib - FOTO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 Yanvar şəhidləri yad edilib - <span style="color: red;">FOTO
# 16 yanvar 2014 16:08 (UTC +04:00)

Bakı-APA. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları ilk öncə faciədə həlak olmuş şəhidlərin əziz xatirəsini birdəqiqəlik sükutla yad edib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədr müavini Azad Nağıyev çıxışında deyib ki, keçmiş sovet dövlətinin hərb maşınının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 20 Yanvar hadisəsi zamanı 137 insan şəhid olub, 744 adam ağır xəsarət alıb, onlardan 331 nəfər bu gün də əlil olaraq qalır.

A. Nağıyev 20 Yanvarın həm də Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb: “Çünki bu tarix Azərbaycanın müstəqil dövlət kimi tanınması uğrunda canlarını qurban verən şəhidlərimizin qanı ilə yazılıb. Həmin dövrdə informasiya blokadasında olan Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün Heydər Əliyev Azərbaycan səfirliyinə gəlib, rus və erməni şovinistlərinin birgə Azərbaycana qoşun yeritməsinə, o cümlədən SSRİ-nin rəhbəri Mixail Qorbaçova etirazını bildirib”.

İclasda çıxış edənlər 20 Yanvar faciəsinin insanlığa qarşı törədilmiş ən dəhşətli və ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR