Tiflislə Soçi arasında birbaşa təyyarə reysləri fevralın 4-dən bərpa olunacaq

Tiflislə Soçi arasında birbaşa təyyarə reysləri fevralın 4-dən bərpa olunacaq
# 15 yanvar 2014 02:16 (UTC +04:00)

Bakı-APA. Tiflislə Soçi arasında birbaşa çarter təyyarə reysləri fevralın 4-dən bərpa olunacaq. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, uçuşları həftədə 2 dəfə - çərşənbə və cümə axşamı Airzena Georgian Airlines aviaşirkəti həyata keçirəcək.

Şirkətdən verilən xəbərə görə, Olimpiada ilə əlaqədar olaraq Rusiya tərəfinə Tiflislə Soçi arasında birbaşa çarter təyyarə reyslərinin həyata keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət olunub. “Rusiya tərəfi razılıq verib və reyslər may ayınadək davam edəcək. Sərnişinlərin çox sayda olacağını nəzərə alaraq uçuşların yay mövsümünədək davam etdiriləcəyi ehtimal edilir”, deyə şirkətdən bildirilib. Məlumata görə, bundan əvvəl Gürcüstan Milli Olimpiya Komitəsi uçuşların bərpa olunması xahişi ilə aviaşirkətə müraciət edib.

Qeyd edək ki, Tiflis-Soşi-Tiflis marşrutu ilə reyslər 90 sərnişin tutumlu Bombardier CRJ tipli təyyarə ilə həyata keçiriləcək.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında müntəzəm hava əlaqəsi 2008-ci ilin avqust ayından kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR