Müsavat Partiyası Qadınlar Təşkilatına yeni sədr seçilib

Müsavat Partiyası Qadınlar Təşkilatına yeni sədr seçilib
# 23 dekabr 2013 06:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyası Qadınlar Təşkilatının sədrliyinə seçkilər keçirilib.

Bu barədə APA-ya məlumat verən partiyanın Divan üzvü Tural Abbaslı bildirib ki, səsvermədə 92 təşkilat üzvü iştirak edib və sədrliyə 2 namizəd irəli sürülüb.

Ellada Məmmədli və Vəfa Cümşüdlü sədrliyə namizəd olublar. Səsvermənin nəticələrinə əsasən, Ellada Məmmədli 51 səs toplayaraq, Qadınlar Təşkilatının sədri seçilib. Vəfa Cümşüdlü isə 37 səs alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR