“Azərbaycanfilm” kinostudiyası jurnalistlər üçün master-klasslar keçirəcək

“Azərbaycanfilm” kinostudiyası jurnalistlər üçün master-klasslar keçirəcək
# 02 oktyabr 2013 15:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası jurnalistlər və kinoşünaslar üçün master-klasslar keçirəcək.

Kinostudiyanın direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, master-klassların hansı formatda, kimlərlə təşkil edilməsi istiqamətində danışıqlar aparılır: “Kino tənqidi mövzusunda kinoşünaslar və kinodan yazan jurnalistlərlə görüş keçirmək bu gün üçün çox vacibdir. Onlar kinonu tənqid edəndə də, tərif edəndə də həddindən artıq qeyri-peşəkar görünürlər. Bu amil tamaşaçını çaşdırır, kənardan bəsit görünür. Hazırda bu iş üçün danışıqlar aparılır”.

M.Hətəmov əlavə edib ki, master-klasslarda iştirak etmək istəyən jurnalistlər qeydiyyatdan keçəcək, baxdıqları filmin uğurlu və nöqsanlı tərəfləri haqqında qarşılıqlı müzakirə əsasında fikirlərini bildirəcək, aparıcının məsləhətlərini dinləyəcəklər: “Son dövr göstərir ki, mətbuatda kino haqında yazanların 90 faizi bəsit yazırlar. O qədər savadsız yazırlar ki, bu da çox təhlükəli tendensiyadır. Biz bəzi təşkilati məsələləri başa çatdırandan sonra xarici kino mütəxəssisləri ilə də danışıqlar aparacağıq və onlar da bu dərslərdə yaxından iştirak edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR