Macarıstan TürkPA-da müşahidəçi statusu alıb

Macarıstan TürkPA-da müşahidəçi statusu alıb
# 13 iyun 2014 09:08 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasa sədrlik edən Azərbaycan Milli Məclisinin və TürkPA-nın hazırkı sədri Oqtay Əsədov bildirib ki, bu təklif Macarıstanın rəsmi xahişi ilə gündəliyə salınıb. O deyib ki, bu məsələ uzun zamandır üzv ölkələr arasında müzakirə olunur.

Təklif səsə qoyularaq qəbul edilib və Macarıstana TürkPA-da müşahidəçi statusu verilib. Macarıstan parlamentinin sədr müavini Sandor Lezsak üzv ölkələrə təşəkkürünü bildirib və Macarıstanın bu etimadı doğrultacağına söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR