Ukrayna parlamentində cinsi azlıqların hüquqları ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb - FOTOSESSİYA

Ukrayna parlamentində cinsi azlıqların hüquqları ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 may 2013 12:54 (UTC +04:00)

Kiyev. Mübariz Aslanov - APA. Ukrayna Ali Radasında ölkədə homoseksualların (mavilərin) və lesbiyanların hüquqlarının ayrıca təmin olunması ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, yeni hazırlanan qanuna etiraz olaraq bu gün paytaxt Kiyevdə parlament qarşısında ukraynalılar kütləvi etiraz aksiyası keçiriblər və ölkədə belə bir qanun qəbul olunmasının Ukrayna üçün təhqir olduğunu bəyan ediblər.

Mindən artıq paytaxt və regiondan gələn sakinlər əllərində “Ukrayna ailələrini pozmayın!”, “Bizim ailədə kişi və arvad olmalıdır!”, “Rədd olsun əxlaqsızlar və onların himayəçiləri!” və s. şüarlarla parlamentə giriş-çıxışı bağlayaraq qanun layihəsinin müəllifinin Ali Radadan qovulmasını qəzəblə tələbə edirdilər.

Ali Radadan APA-ya verilən məlumata görə, yeni qanun layihəsinin mahiyyəti ondan ibarətdir ki, ölkədə maviləri və lesbiyanları cinsi mənsubiyyətinə görə təhqir edənləri 2 ildən 5 ilə qədər həbs gözləyəcək. Xüsusilə layihəyə əsasən bir sıra qanunlara ediləcək dəyişikliklər üçüncü cinsin nümayəndələrinin bir-biri ilə “evlənmə”sinə də icazə verəcək. Bununla yanaşı, sənəd üçüncü cinsin nümayəndələrinə ölkədə digər imtiyazlar da nəzərdə tutur. Layihənin qəbul olunmasına səbəb olaraq ölkədə son vaxtlar sayca çoxalan üçüncü cinsin nümayəndələrinə qarşı artan zorakılıq hallarının qarşısını almaq, Avropaya inteqrasiya prinsiplərini qorumaq göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR