Azərbaycan yığması dünyanın 10 ən güclü komandası arasında

Azərbaycan yığması dünyanın 10 ən güclü komandası arasında
# 19 mart 2014 11:35 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 152 yığması yer alıb.

Bu komandalardan 106-sı əsas siyahıya daxil edilibsə, 46 milli son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.

Hesabında 1391 xal olan Azərbaycan yığması irəliləyişə nail olub. Ötən reytinq cədvəlində 11-ci olan millimiz mövqeyini 1 pillə yaxşılaşdırıb.

10 ən güclü sırasına düşən yığmamız ötən dəfə 9-cu olan Paraqvayın 4 pillə geriləməsindən sonra yüksəlib. Millimiz 9-cu olan Yaponiyadan da cəmi 5 xal geri qalır.

Qeyd edək ki, siyahıya dünya futzalının nəhəngləri – Braziliya, İspaniya və İtaliya başçılıq edir.

1. Braziliya - 1955

2. İspaniya - 1915

3. İtaliya - 1771

4. İspaniya - 1739

5. Portuqaliya - 1616

6. Argentina – 1597

7. İran - 1589

8. Ukrayna - 1460

9. Yaponiya - 1396

10. AZƏRBAYCAN - 1391

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR