Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova finalda səhnəyə 3-cü nömrə altında çıxacaq

Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova finalda səhnəyə 3-cü nömrə altında çıxacaq
# 09 may 2014 13:38 (UTC +04:00)

APA-nın məlumatına görə, ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib.

Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı “Start a fire” mahnısı ilə təmsil edən Dilarə Kazımova səhnəyə 3-cü nömrə altında çıxacaq. Yarışmaya Ukrayna təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Böyük Britaniya təmsilçisi çıxacaq.

Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər:

Ukrayna

Belarus

Azərbaycan

İslandiya

Norveç

Rumınya

Ermənistan

Monteneqro

Polşa

Yunanıstan

Avstriya

Almaniya

İsveç

Fransa

Rusiya

Italiya

Sloveniya

Finlandiya

İspaniya

İsveçrə

Macarıstan

Malta

Danimarka

Niderland

San Marino

Böyük Britaniya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR